Nikol Paşinyan tərəfdarları ilə bərabər Gümri şəhərinə doğru getdi [Foto]
Ermənistanın müxalifət lideri Nikol Paşinyan tərəfdarları ilə bərabər Yerevandan Gümri şəhərinə doğru getdi, – bu barədə məlumatı Birinci Kanalın Yerevanda olan jurnalisti verir.
Nikol Paşinyanın bəyan etdiyinə görə, iki gün ərzində, etiraz aksiyaları Ermənistanın regionlarında keçiriləcək.
Mayın 1-də isə, Ermənistan paytaxtının mərkəzində daha geniş-miqyaslı aksiyalar keçiriləcək.
Fotoların müəllifi: İrakli Qedenidze