Nikol Paşinyan - Tbilisidə xarici işlər nazirlərinin müavinlərinin görüşü maraqlı formatdır, bu formatın uğur qazanması üçün Gürcüstanın Baş nazirinin göstərdiyi səyi yüksək qiymətləndirirəm
Tbilisidə keçirilən xarici işlər nazirlərinin müavinlərinin görüşü çox maraqlı formatdır. Ümid edirəm ki, bu format daha geniş formata çevriləcək – bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa Siyasi Birliyinin zirvə toplantısı başlamazdan əvvəl bildirib.
Nikol Paşinyan bu bəyanatı aprelin 17-də Tbilisidə Gürcüstan, Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin müavinlərinin görüşünü şərh edərkən verib.
“Bu yaxınlarda Tbilisidə xarici işlər nazirlərinin müavinlərinin görüşü keçirildi. Düşünürəm ki, bu, çox maraqlı formatdır. Ümid edirəm ki, bu format daha geniş və dolğun formata çevriləcək. Bu formatın uğur qazanması üçün Gürcüstanın Baş nazirinin göstərdiyi səyi yüksək qiymətləndirirəm” – Nikol Paşinyan bildirib.