Nikol Paşinyan "Tbilisi İpək Yolu Forumu"nun açılışında iştirak edəcək
Nikol Paşinyan "Tbilisi İpək Yolu Forumu"nun açılışında iştirak edəcək

 

Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan “Tbilisi İpək Yolu Forumu”nun rəsmi açılış mərasimində və yüksək səviyyəli dialoqda iştirak edəcək. Nikol Paşinyan Gürcüstan və Azərbaycanın baş nazirləri ilə birlikdə forum iştirakçıları qarşısında çıxış edəcək.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin məlumatına əsasən, “Tbilisi İpək Yolu Forumu” oktyabrın 22-23-də beşinci dəfə keçiriləcək və forumda 2000-dək nümayəndə iştirak edəcək. İqtisadiyyat Nazirliyində qeyd etdikləri kimi, forum regional və qlobal əlaqələrin gücləndirilməsi üçün dialoq və əməkdaşlıq baxımından ən vacib platformadır.

“Tbilisi İpək Yolu Forumu”nda yüksək səviyyəli siyasi şəxslər, biznes sektorun və beynəlxalq təşkilatların nümayəndələri, region ölkələrinin baş nazirləri və vitse-baş nazirləri, həmçinin sahə üzrə nazirlər, aparıcı qlobal şirkətlərin və beynəlxalq maliyyə institutlarının rəhbərləri və beynəlxalq səviyyəli ekspertlər iştirak edəcəklər.

İlk dəfə olaraq “Tbilisi İpək Yolu Forumu” çərçivəsində oktyabrın 23-də öz miqyasına görə misli görünməmiş olan Tbilisi Maliyyə Sammiti keçiriləcək. Maliyyə Sammitini İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyi və Gürcüstan Milli Bankı Sinqapurda əsası qoyulan – “Global Finance and Technology Network”lə (GFTN) tərəfdaşlıqla keçirəcəklər.

Forum çərçivəsində panel sessiyalarda beynəlxalq ticarət və mövcud çağırışlar, nəqliyyat və logistika, Orta dəhlizin inkişafı, energetika, rəqəmsal transformasiya və digər mühüm istiqamətlər müzakirə olunacaq. Gürcüstanın investisiya mühiti və imkanlarının müzakirəsinə ayrıca panel sessiyası həsr olunacaq.

“Tbilisi İpək Yolu Forumu” ilk dəfə 2015-ci ildə keçirilib və əhəmiyyətinə və miqyasına görə iki ildən bir keçirilir.