Nikol Paşinyan "Sülh Şurası"nda iştirak etmək üçün Vaşinqtona yollanıb
Nikol Paşinyan "Sülh Şurası"nda iştirak etmək üçün Vaşinqtona yollanıb

 

Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ-a işgüzar səfərə gedib. Bu barədə baş nazirin mətbuat katibi Nazeli Bağdasaryan bəyan edib.

Sabah Paşinyan Vaşinqtonda “Sülh Şurası”nın ilk iclasında iştirak edəcək.

“Sülh Şurası”na üzv olaraq təxminən 60 dünya lideri dəvət olunub ki, onlardan bəziləri, o cümlədən Ermənistan, təsisçi üzvlərdir. ABŞ Prezidenti Donald Tramp “Sülh Şurası”nın sədridir.

Bundan əvvəl Macarıstanın Baş naziri Viktor Orban Vaşinqtonda “Sülh Şurası”nın ilk iclasında iştirak edəcəyini açıqlamışdı. O, bunun tarixi an olduğunu bəyan edib.