Nikol Paşinyan - Sülh bölgəmizə qayıtdı və bizə yalnız bir şey qalır daha çox yük dövriyyəsi, daha çox rifah və daha çox inkişafla onu yükləyək, bu isə Cənubi Qafqazı daha da gücləndirəcək
Sülh bölgəmizə qayıtdı və bizə yalnız bir şey qalır daha çox yük dövriyyəsi, daha çox enerji, daha çox elektron xəttlər, daha çox rifah və daha çox inkişafla onu yükləyək, bu isə Cənubi Qafqazı daha da gücləndirəcək – bu haqda Ermənistanın Baş naziri Nikol Paşinyan Tbilisinin “İpək Yolu Forumu”nda çıxışı əsnasında deyib.
O bildirib ki, hər üç ölkənin – Gürcüstan, Ermənistan və Azərbaycanın öz ölkələrində rifahı artırmaq potensialı var.
“Nəhayət, Cənubi Qafqaza sülh, rifah və inkişaf gətirəcək şəraitin əsasını artıq qoymuşuq. İnkişaf zəruri və davamlı yük dövriyyəsinin əsası, enerji ötürücü xətlərin, kommersiya yük dövriyyəsinin və dəmir yolu nəqliyyatının inkişaf etdiricisi olacaq. Sülh bölgəmizə qayıtdı və bizə yalnız bir şey qalır daha çox yük dövriyyəsi, daha çox enerji, daha çox elektron xəttlər, daha çox rifah və daha çox inkişafla onu yükləmək, bu isə Cənubi Qafqazı daha da gücləndirəcək, sülhü daha da möhkəmləndirəcək və hamımız – Ermənistan, Gürcüstan və Azərbaycan üçün rifahın, inkişafın və artımın tempini və həcmini artıracaq. Əminəm ki, hər üç ölkənin lideri bu istiqamətdə inkişafı, rifahı, sülhü və iqtisadi artımı təmin etmək üçün kifayət qədər iradəyə, ağıla və əhval-ruhiyyəyə sahibdir. Əlbətdə, digər qonşularla və beynəlxalq tərəfdaşlarla əməkdaşlıq yolu ilə” – Paşinyan bildirib.