Nikol Paşinyan - Siyasi baxımdan biz Türkiyə ilə Naxçıvan Muxtar Respublikası arasında, eləcə də Türkiyə ilə Azərbaycanın əsas hissəsi arasında dəmir yolu tranzitini təmin etməyə hazırıq
Nikol Paşinyan - Siyasi baxımdan biz Türkiyə ilə Naxçıvan Muxtar Respublikası arasında, eləcə də Türkiyə ilə Azərbaycanın əsas hissəsi arasında dəmir yolu tranzitini təmin etməyə hazırıq

 

Siyasi baxımdan biz Türkiyə ilə Naxçıvan Muxtar Respublikası arasında, eləcə də Türkiyə ilə Azərbaycanın əsas hissəsi arasında dəmir yolu tranzitini təmin etməyə hazırıq – bu haqda Ermənistanın Baş naziri Nikol Paşinyan Tbilisinin “İpək Yolu Forumu”nda deyib.

Ermənistan hökumətinin başçısı bildirib ki, bu hissələrdə dəmir yolunun təmirə və ya yenidən qurulmasına ehtiyacı var və texniki problemlər iki-üç ilə həllini tapacaq.

“Yaxın gələcəkdə Ermənistanın ərazisindən boru kəmərləri və Azərbaycan-Ermənistan-Türkiyə elektrik ötürücü xətləri keçəcək. Dəmir yolu və avtomobil əlaqələri də təmin olunacaq. Bütün bunlar TRIPP (Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu) proqramı çərçivəsində müzakirə olunur. Həmçinin, Türkiyə və Azərbaycanla müvafiq danışıqlar aparırıq. Həmçinin, bu razılaşmaların həyata keçirilməsi üçün Amerika Birləşmiş Ştatları ilə işləyirik” – Nikol Paşinyan bildirib.