Nikol Paşinyan Rusiyanın Yekaterinburq şəhərində keçirilən sənaye sərgisi çərçivəsində təşkil olunan tədbirlərdə iştirak edir

17:55, 06.07.2026

Nikol Paşinyan Rusiyaya səfərdədir və Yekaterinburq şəhərində keçirilən beynəlxalq sənaye sərgisində INNOPROM-2026 çərçivəsində iştirak edir.

Nikol Paşinyan sərgi çərçivəsində keçirilən “Sənaye 360: sərhədsiz istehsal” adlı plenar sessiyada çıxış edib.

Çıxışı zamanı o bildirib ki, texnoloji inkişafın əsas istiqaməti yenə də insan olmalıdır və müasir texnologiyalar, eləcə də süni intellekt insanları gündəlik monoton işlərdən azad edərək onlara fayda gətirməlidir.

Paşinyanın sözlərinə görə, bu gün qlobal sənaye dərin transformasiya mərhələsindən keçir və burada elmi inkişaf, rəqəmsallaşma, süni intellekt və məlumat analitikası texnologiyaları getdikcə daha mühüm rol oynayır.

Səfər çərçivəsində onun Mixail Mişustin ilə görüşü də planlaşdırılır.

Qeyd edək ki, bu, Nikol Paşinyanin 7 iyunda Ermənistanda keçirilən parlament seçkilərindən sonra Rusiyaya ilk səfəridir.

Oxşar