Nikol Paşinyan - Rusiyanın maraqlarına zərər vurmaq gündəmimizdə deyil, olmayıb və olmayacaq, heç kim bizi Rusiyaya qarşı tədbirlər görməyə məcbur edə bilməz
Rusiyanın maraqlarına zərər vurmaq gündəmimizdə deyil, olmayıb və olmayacaq, bu mümkün deyil, heç kim bizi Rusiyaya qarşı tədbirlər görməyə məcbur edə bilməz – bu haqda Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
Paşinyan Rusiya ilə mübahisə etmək niyyətində olmadığını bildirib.
“Rusiya ilə mübahisə etmək niyyətində deyilik. Mənim Putin və Mişustinlə çox birbaşa və isti münasibətlərim var. Bizim strategiyamız budur: biz Rusiyaya qarşı hərəkət etməyəcəyik, lakin həmişə Ermənistan Respublikasının maraqlarına uyğun hərəkət edəcəyik. Mən rus həmkarlarıma dedim ki, 2020-ci ilin avqustun 8-də son beş ildir Rusiyaya təklif etdiyimiz müqavilə imzaladıq. Bizə yalnız beş söz lazım idi: ərazi bütövlüyü, suverenlik, yurisdiksiya, qarşılıqlılıq və sərhədlərin toxunulmazlığı. Bu beş sözü yazın və mən istənilən vaxt imzalayacağam” – Paşinyan bildirib.