Nikol Paşinyan – “Qərbi Azərbaycan” haqqında ritorika ciddi çağırışdır, Ermənistanın təhlükəsizliyinə, eləcə də regional təhlükəsizliyə və bərqərar olmuş sülhə təhdid yaradır

12:30, 17.09.2026

 

“Qərbi Azərbaycan” haqqında ritorika ciddi çağırışdır, Ermənistanın təhlükəsizliyinə, eləcə də regional təhlükəsizliyə və bərqərar olmuş sülhə təhdid yaradır – bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan “Hərtərəfli təhlükəsizlik və davamlılıq 2026” beynəlxalq konfransında bəyan edib.

Ermənistan hökumətinin rəhbəri, ölkəsinin hazırda açıq və qeyri-açıq ritorika ilə bağlı çağırışla üzləşdiyini və bunun ciddi təhlükəsizlik çağırışları yaratdığını deyib.

Paşinyan, bu çağırışın müxtəlif formalarda özünü göstərdiyini deyib.

“Əsas problem onların həllini necə təqdim etməyimizdədir. Ermənistanda qarşılıqlılıq prinsipi üzərində çoxlu müzakirələr gedir, lakin bu, heç vaxt nəticə verməyəcək. Sülh sazişi üzrə danışıqların uğurla yekunlaşması mexaniki qarşılıqlılıq prinsipindən imtina etmək qərarına gəldiyimiz zaman baş verdi. Qarşımızda elə bir vəziyyət yarandı ki, sülh sazişinin mətni “pinq-ponq” yanaşması ilə təkmilləşdirilə bilməzdi. Buna görə də biz başqa yanaşma seçdik” – Nikol Paşinyan qeyd edib.

Oxşar