Nikol Paşinyan - Qarabağ məsələsində mənim yanaşmamla razılaşmayan vətəndaşları inqilaba çağırdım, fakt budur ki, təşkil etmədilər, çünki başa düşdülər ki, bu olmadan sülh imkansızdır
Nikol Paşinyan - Qarabağ məsələsində mənim yanaşmamla razılaşmayan vətəndaşları inqilaba çağırdım, fakt budur ki, təşkil etmədilər, çünki başa düşdülər ki, bu olmadan sülh imkansızdır

 

Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağ məsələsində onun yanaşması ilə razılaşmayan vətəndaşları inqilaba çağırdığını deyir. Nikol Paşinyan bildirib ki, o, yeddinci sinifdən Qarabağ hərəkatına qoşulub və 2025-ci ilin martında parlamentin tribunasından baş nazir kimi, öz təcrübəsindən irəli gələrək, Qarabağ hərəkatının davam etməməli olduğunu və ölkəyə məhz bu prinsiplə rəhbərlik etməyi planlaşdırdığını bildirib.

“Mən o zaman dedim ki, əgər Ermənistan vətəndaşları hesab edirlər ki, bu belə olmamalıdır, mən özüm vətəndaşları inqilaba səsləyəcəyəm. Zənn edirəm ki, mən dünya tarixində öz ölkəsinin vətəndaşlarını elan edilmiş strategiya ilə razılaşmasalar, onları inqilaba çağıran ilk və yeganə baş nazirəm. Başqa belə bir hadisənin olduğunu bilmirəm. Fakt budur ki, vətəndaşlarımız inqilab təşkil etmədilər, çünki məni kimi, onlar da başa düşdülər ki, bu qərar olmadan sülh həm praktiki, həm də nəzəri cəhətdən imkansızdır” – Paşinyan bildirib.

O deyib ki, başqaları Qarabağ hərəkatını başqa cür görürlər və onu Ermənistanın suverenliyinə, dövlətçiliyinə və rifahına maneə ola biləcək faydalı təsir vasitəsi hesab edirlər.

“Etiraf etməliyik ki, bu təsir vasitəsindən yaxşı istifadə olunub. İndi sülh dövrü gəlib çatıb və Ermənistan vətəndaşları bunu məmnuniyyətlə qəbul etdilər. Bunun çoxlu sübutları var” – Paşinyan bildirib.