Nikol Paşinyan – Prezident Ərdoğanla konstruktiv görüşümüz oldu, indi dəmir yolunun təmirinə və açılmasına ehtiyacımız var
Prezident Ərdoğanla çox konstruktiv görüşümüz oldu, indi dəmir yolunun təmirinə və açılmasına ehtiyacımız var – bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan açıqlayıb.
Ermənistan hökumətinin başçısı bildirib ki, Yerevan Türkiyə ilə münasibətlərin gələcək inkişafını səbirsizliklə gözləyir.
“İndi ölkələrimiz arasında dəmir yolunun təmirinə və yenidən açılmasına ehtiyacımız var, bu istiqamətdə işləyirik” – Paşinyan “regional əlaqəlilik kontekstində iki ölkə arasındakı tərəfdaşlığa əhəmiyyət verir yoxsa yox?“ sualını cavablandırarkən qeyd edib.