Nikol Paşinyan - Parlament baş naziri qanuna müvafiq şəkildə seçməlidir
Nikol Paşinyan - Parlament baş naziri qanuna müvafiq şəkildə seçməlidir

Yerevanda etiraz aksiyaların təşkilatçısı Nikol Paşinyan Ermənistanın baş nazirinin səlahiyyətlərini yerinə yetirən Karen Karapetyanın bəyanatına cavab verdi.

“Biz demədik ki, baş nazir küçədə seçilməlidir. Biz dedik ki, parlament onu qanuna müvafiq şəkildə seçməlidir, meydanda yığılanlar isə, parlament tərəfindən seçilən namizədi dəstəkləməlidirlər”, – dedi Paşinyan.

Xatırladaq ki, Karen Karapetyan bəyan etmişdi ki, baş nazirin küçədə seçildiyi heç bir ölkəyi tanımır.

Nikol Paşinyan Yerevan küçələrində aksiyalar keçirir.

Paşinyan tələb edir ki, baş nazir vəzifəsində xalqın namizədi təyin edilsin və bundan sonra, müvəqqəti iqtidar formalaşsın və növbədən kənar parlament seçkiləri təyin edilsin.

Onun dediyinə görə, əgər “Respublikaçılar partiyası” parlamentin növbədənkənar seçkilərini təyin etsə, əhali bütün seçki məntəqələrini bloka salacaq.