Nikol Paşinyan Müctəba Xamenei-ni İranın yeni ali lideri seçilməsi münasibətilə təbrik edib
Nikol Paşinyan Müctəba Xamenei-ni İranın yeni ali lideri seçilməsi münasibətilə təbrik edib

Nikol Paşinyan Müctəba Xamenei-ni İranın yeni ali lideri seçilməsi münasibətilə təbrik edib. Bu barədə məlumat Ermənistanın baş nazirinin rəsmi saytında yayımlanan təbrik məktubunda yer alıb.

“Mən əminəm ki, Ermənistan və İran arasındakı möhkəm əlaqələr gələcəkdə də inkişaf edəcək və yeni uğurlar gətirəcək. Eyni zamanda fürsətdən istifadə edib, dost İran xalqına rifah və dayanıqlı sülh arzulayıram,” – deyə açıqlamada qeyd olunub.

Məlumat üçün bildirək ki, İran hakimiyyəti Müctəba Xamenei-nin yeni ali lider seçilməsi barədə rəsmi məlumatı 8 mart tarixində yayıb.