Nikol Paşinyan - Maksimal olaraq, çalışmalıyıq ki, erməni-gürcü münasibətlərini geo-siyasi təsirdən qoruyaq
Nikol Paşinyan - Maksimal olaraq, çalışmalıyıq ki, erməni-gürcü münasibətlərini geo-siyasi təsirdən qoruyaq

Ermənistanın qanunverici orqanında baş nazirin seçilməsi məsələsi ilə bağlı müzakirə baş nazirliyə namizəd Nikol Paşinyanla sual-cavab rejimində davam edir.

Parlamentin deputatı Şirak Torosyan Nikol Paşinyana Gürcüstanla bağlı sual verdi.

“Saakaşvilinin iqtidarda olduğu illərdə gürcü-erməni münasibətləri sadəcə formal xarakter daşıyırdı. Saakaşvili geo-siyasi orientasiyaya üstünlük verirdi və Gürcüstanı Türk-Azərbaycan tandeminin iqtisadi və siyasi təsiri altına saldı. Ancaq, yeni iqtidar  birinci yerə Gürcüstanın və ermənistanın regiondaki birgə maraqlarını qoymağa çalışır, ki bu da, dialoq üçün müstəqil və efektiv imkan yaradacaq. Siz bu haqda nə düşünürsünüz?”- dedi Şirak Torosyan.

Nikol Paşinyan bəyan etdi ki, erməni-gürcü münasibətlərini və iki ölkə arsındaki dostluğu gücləndirən əsas ancaq iki tərəfli milli identliklərə hörmət olabilər.

“Düşünürəm ki, erməni-gürcü münasibətlərini maksimal olaraq, geo-siyasi təsirdən qorumalıyıq, çünki, çox vaxt problemlər sadəcə gərgin münasibətlərdən irəli gəlmir. Problemlərin səbəbi müəyyən məsələlərin erməni-gürcü maraqları çərçivəsində deyil, başqa maraqların qarışması kontekstində baxılması olur.

Erməni-gürcü münasibətləri qeyri-erməni maraqlarına dayanmamalıdır. Sevinirəm ki, Ermənistanda da Gürcüstanda da, bu riskləri nəzarət edən mühit mövcuddur. Düşünürəm ki, iki tərəfli milli identliyə hörmətlə yanaşmaq, erməni-gürcü münasibətlərinin gücləndirməsinə və dostluğunun inkişafına əsas qoya bilər” – dedi Nikol Paşinyan.

Ermənistanın baş-nazirliyinə yeganə namizəd Ermənistanın müxalifət lideri Nikol Paşinyandır.

Parlamentdə müzakirələrə paralel olaraq, Yerevan küçələrində kütləvi etiraz aksiyaları davam edir.