Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sammitindən sonra bəyannaməni imzalamadı

10:14, 24.11.2022

Ermənistanın baş naziri, Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sammitindən sonra bəyannaməni və Ermənistana yardım üçün birgə tədbirlər haqqında sənədi imzalamadı. Paşinyanın dediyinə görə, qeyd olunan layihələr “kifayət qədər işlənməyib və hazırkı formada bu sənədləri imzalamağa hazır deyil”.

Baş nazir imzalamaqdan imtinasını da izah etdi və qeyd etdi  ki, müttəfiqlər Azərbaycanın “təcavüzünə” aydın siyasi qiymət vermədilər.

Daha sonra Rusiya prezidentinin mətbuat katibi, Dmitri Peskov bəyan etdi  ki, Ermənistanın baş naziri təşkilatım Yerevanla Bakı arasında münaqişənin nizamlanması üzrə fəaliyyətini “fiasko” kimi qələmə verməyə meyllidir.

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sammiti Yerevanda 23 noyabrda keçirildi.

Oxşar