Nikol Paşinyan - Kənar qüvvələr tərəfindən zəmanət verilmiş təhlükəsizlik aldadıcıdır, öz təhlükəsizliyimizin zəmanətçiləri biz özümüzük
Nikol Paşinyan - Kənar qüvvələr tərəfindən zəmanət verilmiş təhlükəsizlik aldadıcıdır, öz təhlükəsizliyimizin zəmanətçiləri biz özümüzük

 

Bu gün biz heç vaxt olmadığımız qədər daha suverenik, heç vaxt olmadığımız qədər daha müstəqilik – bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Sardarapat memorial kompleksində Ermənistanın Birinci Respublika Gününə həsr olunmuş tədbirdə çıxışı zamanı deyib.

Paşinyan bildirib ki, Ermənistan beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində özünün 29 743 kvadrat kilometr ərazisi ilə erməni xalqının itkilərinin deyil, nailiyyətlərinin ifadəsidir. Ermənistan hökumətinin rəhbəri qeyd edib ki, erməni xalqının vətən axtarmağa artıq ehtiyacı yoxdur.

“Vətən Ermənistan Respublikasının, dövlətin timsalındadır. 2020-ci ildən bəri ağır sınaqlardan keçdikdən sonra, şəhidlərimizin həyatı bahasına, suverenliyimizi inkişaf etdirmək və dövlətçiliyimizi həyata keçirmək üçün biz tarixi imkan əldə etdik. Son əsrlərin tarixi və tarixi Ermənistan bizi bu tarixi təkrarlamamağa və bu yolla getməməyə çağırır. Kənar qüvvələr tərəfindən zəmanət verilmiş təhlükəsizlik aldadıcıdır, öz təhlükəsizliyimizin zəmanətçiləri biz özümüzük.
Bu təhlükəsizliyin təmin olunmasının effektiv vasitələri ilk növbədə siyasi və diplomatik təsir vasitələridir, birbaşa qonşularla münasibətlərin normallaşdırılması və onlarla sülhün bərqərar olunmasıdır. Erməni dövləti və erməni kimliyinin qorunub saxlanması üçün SSRİ-nin imperialist təbliğatının nəticələrini aradan qaldırmaq lazımdır” – Nikol Paşinyan bildirib.