Ermənistanın Baş naziri Nikol Paşinyan işgüzar səfərlə Brüsselə yollanıb. Bu barədə məlumatı erməni mediası Ermənistan hökumətinə istinadən yayır.
Onların məlumatına əsasən, Nikol Paşinyanın bu gün Avropa Şurasının prezidenti Antoniu Koşta və Avropa Komissiyasının prezidenti Ursula fon der Laienlə görüşü planlaşdırılıb.
Bununla yanaşı, Ermənistanın Baş nazirinin Genişlənmə Məsələləri üzrə Avropa komissarı Marta Kos və Belçikanın Baş naziri Bart de Veverlə görüşü planlaşdırılıb.