Nikol Paşinyan İlham Əliyevdən Tramp marşrutunun "Zəngəzur dəhlizi" adlandırılması ilə bağlı izahatlar tələb edir
Ermənistanın Baş naziri BMT Baş Assambleyasının ümumi müzakirələri zamanı çıxışında bildirib ki, Azərbaycan Prezidenti “Beynəlxalq sülh və rifah üçün Tramp marşrutu”na münasibətdə “Zəngəzur dəhlizi” ifadəsinin işlədilməsini izah etməlidir.
Paşinyan bildirib ki, Ermənistanla Azərbaycan arasında rəsmi danışıqlarda “Zəngəzur dəhlizi” termini heç vaxt olmayıb.
Paşinyanın bəyanatına əsasən, erməni reallığında bu, Ermənistana qarşı ərazi iddiası kimi qəbul edilir və münaqişə narativi ilə əlaqələndirilir.
“Belə ritorika cəmiyyətin sülhə olan etimadını artırmır və nə sülh mühitindən, nə də yüksək səviyyədə əldə olunmuş razılaşmalardan irəli gəlir. Mən beynəlxalq ictimaiyyətə çağırış edirəm, nəzərə alsınlar ki, “Zəngəzur dəhlizi” və bu kimi narrativlər bizim əldə etdiyimiz razılaşmalardan qaynaqlanmır. Onların bu razılaşmalarla heç bir əlaqəsi yoxdur, mənfi və ağırlaşdırıcı təsiri var və suveren ölkəyə qarşı ərazi iddiaları kimi qəbul olunur – əldə etdiyimiz irəliləyişə baxmayaraq” – Ermənistanın Baş naziri bildirib.