Nikol Paşinyan İlham Əliyevə sülh sazişinin imzalanması üçün məsləhətləşmələrə başlamağı təklif edir
Nikol Paşinyan İlham Əliyevə sülh sazişinin imzalanması üçün məsləhətləşmələrə başlamağı təklif edir.
Ermənistan hökumətinin başçısı “Facebook” sosial şəbəkəsində qısa bəyanat dərc edib.
“Ermənistan-Azərbaycan sülh müqaviləsinin layihəsi razılaşdırılıb və imzalanmağı gözləyir. Mən Azərbaycan Prezidenti İlham Əliyevə razılaşdırılmış sülh müqaviləsinin imzalanması ilə bağlı birgə məsləhətləşmələrə başlamağı təklif edirəm” – Ermənistanın Baş naziri yazır.