Nikol Paşinyan – Hazırda iş regional əlaqənin tam reallaşmasına gətirib çıxaracaq “Tramp Marşrutu” layihəsinin həyata keçirilməsinə yönəlib
Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, hazırda iş regional əlaqənin tam reallaşmasına gətirib çıxaracaq “Tramp Marşrutu” layihəsinin həyata keçirilməsinə yönəlib.
“Bu, ölkəmiz və iqtisadiyyatımız üçün yeni bir dövr açacaq”, – deyə Ermənistanın Baş naziri qeyd edərək əlavə edib ki, Ermənistan Respublikası hökumətinin “Sülhün Kəsişməsi” layihəsi həyata keçirilir.
“Tramp marşrutunun” yan təsiri olaraq, Fars körfəzi ilə Qara dənizi birləşdirən dəmir yolu da açılacaq. Bununla nə demək istəyirəm? Bir neçə il əvvəl Ermənistan hökuməti “Dünyanın Kəsişmə Yolları” adlı bir layihə hazırladı. Burada bizim broşürümüz, hətta brendinqimiz də var. Bütün bunlar birlikdə bu layihəni gerçəkləşdirəcək”, – deyə Ermənistanın Baş naziri bildirib.
Paşinyan həmçinin Ermənistan və ABŞ arasında informasiya texnologiyaları, xüsusən də süni intellekt sahəsində əməkdaşlıqdan danışıb. Nikol Paşinyan vurğulayıb ki, ötən il avqustun 8-də ABŞ ilə imzalanmış anlaşma memorandumu nəticəsində bir il ərzində Ermənistanda üç süni intellekt mərkəzi yaradılıb ki, bunlardan ikisi irimiqyaslı investisiya proqramlarıdır.