Nikol Paşinyan - Gürcüstanla İqtisadi Əməkdaşlıq Komissiyasında ölkələrimizin və cəmiyyətlərimizin rifahına birbaşa təsir edən bir çox məsələləri müzakirə edəcəyik
İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclası olduqca mühümdür, çünki biz bir çox konkret məsələləri, qəbul edilmiş qərarları və ölkələrimizə birbaşa təsir edən razılaşmaları müzakirə edəcəyik – bu haqda Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan Ermənistan Respublikası və Gürcüstan arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 14-cü iclasında bildirib.
Nikol Paşinyan deyib ki, bu müzakirə yeni imkanlar, format yaradır, ikitərəfli münasibətləri gücləndirir.
“Tbilisidə biz Gürcüstan və Ermənistan münasibətlərində mühüm əhəmiyyət kəsb edən və bütün regionda sabitliyin təmin olunmasına töhfə verən saziş imzaladıq. Bu sənəd iki ölkə arasında mövcud yüksək əməkdaşlıq səviyyəsini hüquqi cəhətdən əks etdirməklə yanaşı, müxtəlif istiqamətlərdə əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş praktiki imkanlar yaradır” – Ermənistanın Baş naziri qeyd edib.