Nikol Paşinyan - Gürcüstanın Avropa perspektivləri Ermənistanın Avropa istəkləri üçün çox vacibdir
Nikol Paşinyan - Gürcüstanın Avropa perspektivləri Ermənistanın Avropa istəkləri üçün çox vacibdir

 

Gürcüstanın Avropa perspektivləri Ermənistanın Avropa istəkləri üçün çox vacibdir – bu haqda Ermənistanın Baş naziri Nikol Paşinyan 8-ci Paris Sülh Forumu çərçivəsində keçirilən “Liderliyin kəsişməsində” adlı müzakirədə deyib.

Ermənistan hökumətinin başçısı Azərbaycanla razılaşmanın iki ölkənin Avropaya inteqrasiyası istiqamətində atılan ilk addım olub-olmaması ilə bağlı sualı cavablandırıb.

“Bu, müəyyən dərəcədə regionda daha bir ölkənin – Gürcüstanın Avropa perspektivi ilə bağlıdır. Azərbaycan adından danışa bilmərəm və bu, səhv olardı, lakin bilirsiniz ki, biz Ermənistanın Avropa İttifaqına daxil olması haqqında qanun qəbul etmişik. Bu, bizim istəklərimizin, ambisiyalarımızın əyani sübutudur. Bu qanunun Ermənistanda qəbul edilməsi bir il əvvəl Gürcüstanın Avropa İttifaqına üzvlük üçün namizəd ölkə statusu alması sayəsində mümkün olub. Dəqiq deyə bilmərəm, çünki bu, həm də coğrafiya məsələsidir, lakin Ermənistan halında düşünürəm ki, Gürcüstanın Avropa perspektivləri çox vacibdir” – Nikol Paşinyan qeyd edib.