Nikol Paşinyan Gürcüstan, Rusiya, ABŞ və Aİ səfirləri ilə görüşdü
Nikol Paşinyan Gürcüstan, Rusiya, ABŞ və Aİ səfirləri ilə görüşdü

Ermənistan “Yelk” müxalif partiyasının lideri, Nikol Paşinyian Gürcüstan, Rusiya, ABŞ və Aİ səfirləri ilə görüşdü. Bu barədə Paşinyian Facebook sosial şəbəkəsində yazdı.

“Bu gün Rusiya səfiri İvan Volinkin, ABŞ səfiri Riçard Mil, Aİ səfiri Petr Svitalski və Gürcüstan səfiri Giorgi Saqanelidze ilə görüşdüm. Daxili böhranın tənzimlənməsi üçün əldə olunan razılıq barədə məlumat ötürdüm”, – Nikol Paşinyan  yazır.

Paşinyanın dediyinə görə, Ermənistanda akreditə olunmuş səfirlər ilə görüşlər yenə davam edəcək.