Nikol Paşinyan – Ermənistanın yeni konstitusiyası Azərbaycanın tələbi ilə yaradılmır, lakin regional əhəmiyyətə malik olacaq
Ermənistanın yeni konstitusiyası Azərbaycanın tələbi ilə yaradılmır, lakin regional əhəmiyyətə malik olacaq – bu haqda Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.
Ermənistan hökumətinin başçısı bildirib ki, ölkənin yeni konstitusiyası “Real Ermənistan” ideologiyası şəraitində tamam başqa məna kəsb edir.
Nikol Paşinyan qeyd edib ki, konstitusiya vətəndaşlar arasında ölkədə yaşama qaydaları və qarşılıqlı fəaliyyət haqda razılaşma olmalıdır.
“2018-ci ilin inqilabı ilə birlikdə yeni konstitusiyanın gündəliyi müəyyənləşdi. O zaman mən bunu qeyri-mümkün hesab etdim, çünki 2019-cu ilin aprelin 9-da bu gün qüvvədə olan Konstitusiya qüvvəyə mindi. O vaxtdan bəri eyni əsaslandırma ilə yeni Konstitusiyanın gündəliyi var, lakin əsası indi daha da zənginləşib” – Ermənistanın baş naziri qeyd edib.