Nikol Paşinyan Ermənistanın rus taxılından imtina etməyi planlaşdırması haqda yayılmış məlumatı təkzib edir
Nikol Paşinyan Ermənistanın rus taxılından imtina etməyi planlaşdırması haqda yayılmış məlumatı təkzib edir

 

Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistanın rus taxılından imtina etməyi planlaşdırması haqda yayılmış məlumatı təkzib edir. Nikol Paşinyan bu haqda mediaya deyib.

“Bu imkansızdır” – Paşinyan müvafiq suala cavab olaraq deyib.

Bundan əvvəl Rusiya Xarici Kəşfiyyat Xidmətində siyasi baxışlardan irəli gələrək, Ermənistanın Moskvadan “uzaqlaşmaq” və Kiyevdən daha yüksək qiymətə taxıl almaqla Ukraynaya kömək etmək istədiyini bildiriblər.

“Uzun illər ərzində Ermənistan Rusiyadan taxıl alırdı. İndi ermənilər, necə deyərlər, siyasi baxışlardan irəli gələrək, Moskvadan “uzaqlaşmaq” və lazımi həcmdə taxılın bir hissəsini almaqla Ukraynaya kömək etmək istəyirlər” – Rusiya Xarici Kəşfiyyatının mətbuat bürosunun bəyanatında deyilir.

Bununla yanaşı, qurumda qeyd edirlər ki, Ukrayna taxılı rus taxılından demək olar ki, 1.5 dəfə bahadır.

“Brüsselə Ukrayna taxılının dəyərindəki fərqi kompensasiya etməsini təklif edirlər” – Rusiya Xarici Kəşfiyyatında qeyd ediblər.