Nikol Paşinyan Ermənistanın katolikosu II Qaregini dövlət çevrilişini dəstəkləməkdə günahlandırır
Nikol Paşinyan Ermənistanın katolikosu II Qaregini dövlət çevrilişini dəstəkləməkdə günahlandırır

 

Ermənistanın Baş naziri Nikol Paşinyan Erməni Apostol Kilsəsinin katolikosu II Qaregini dövlət çevrilişini dəstəkləməkdə və zina etməkdə günahlandırır. Ermənistan hökumətinin başçısı bəyanatı sosial şəbəkədə dərc edib.

“Əgər Ktriç Nersisyan Vazqen Qalstanyan və Qevorq Ajapahyanın saxlanılmalarını qanunsuz hesab edirsə, deməli, o, yuxarıda adıçəkilən şəxslərin hərbi çevriliş həyata keçirmək, xalqı divarların arxasına kilidləmək və ölkədə xaos yaratmaq haqda ideologiyasını və planlarını paylaşır. Vağarşapatın genişləndirilmiş icmasının heç bir ərazisi hüquq-mühafizə orqanlarının fəaliyyətinə qapalı ola bilməz, üstəlik Ktriç və daha bir neçə digər şəxsin sayəsində bu ərazilər zinakarlıq üçün bağlı deyil” – Nikol Paşinyanın bəyanatında qeyd olunub.