Nikol Paşinyan - "Ermənistanın İnqilab Federasiyası" partiyası casus təsir şəbəkəsi olaraq qalır, parlamentimizdə başqa ölkələrin təsir agentləri şəbəkəsinə dözüb-dözməməklə bağlı qərar verməliyik
Ermənistanın Baş naziri Nikol Paşinyan “təsir agentləri”nə qarşı mübarizənin başlandığını elan edib.
Erməni mediasına əsasən, Paşinyan “Daşnaksütyun” kimi də tanınan “Ermənistanın İnqilab Federasiyası” partiyası üzvlərinə müraciət edib və qeyd edib ki, partiya son 70 il ərzində təsir agenti olub.
“Bu partiya bu ölkənin casus təsir şəbəkəsi olaraq qalır. Bəli, biz qərar qəbul etməliyik və hansı ölkənin olmasının fərqi yoxdur, ölkəmizin parlamentində başqa ölkələrin təsir agentləri şəbəkəsinə dözüb-dözməməklə bağlı qərar verməliyik. Qərar verməliyik: müqəddəs məkanlarımızda başqa ölkələrin təsir agentləri şəbəkəsinə dözməliyik, yoxsa yox? Cavabım budur – xeyr, çünki əks halda niyə belə isteriya? Sonda, bu, dövlətimizi geri qaytarmaq və onu qaçdığımız cibə salmaq üçün son şanslarıdır” – Nikol Paşinyan bildirib.