Nikol Paşinyan – Ermənistan silahlanmaya milyonlarla dollar ödəyib, lakin müttəfiq ölkələr belə öz öhdəliklərini yerinə yetirməyiblər
Nikol Paşinyanın dediyinə görə, Ermənistan silahlanmaya milyonlarla dollar ödəyib, lakin müttəfiq ölkələr belə öz öhdəliklərini yerinə yetirməyiblər. Bu barədə Ermənistanın baş naziri hökumətin iclasında bəyan etdi.
Paşinyanın bəyanatına görə, Azərbaycan çalışır ki, Ermənistan silah almasın və müəyyən uğurlar da əldə edib.
“Elə hallar var ki, yüz milyonlarla dollar ödənilib, lakin müttəfiq ölkələr də daxil olmaqla, silahların çatdırılması öhdəliyi yerinə yetirilmir. Bu, ağrılı reallıqdır və vəziyyətin hərtərəfli analizini tələb edir”, – Ermənistanın baş naziri bəyan etdi.