Nikol Paşinyan – Ermənistan Rusiyanın təklifləri əsasında Azərbaycanla münasibətlərin qurulması üzərində işləməyə hazırdır

12:48, 28.10.2022

Ermənistan Rusiyanın təklifləri əsasında Azərbaycanla münasibətlərin qurulması üzərində işləməyə hazırdır, – bu barədə Ermənistanın baş naziri, Nikol Paşinyan “tvitterdə” yazır.

“Ermənistan sentyabrın əvvəlində Rusiyanın təqdim etdiyi əsas prinsiplər və parametrlər əsasında Ermənistanla Azərbaycan arasında dövlətlərarası münasibətlərin qurulması üzərində işləməyə razılaşıb və bunu Soçidə təsdiq etməyə hazırdır. Ümid edirik ki, Rusiya öz təkliflərini dəstəkləyəcək”, – Paşinyan yazır.

Sentyabrın 31-də Ermənistanın baş naziri,  Nikol Paşinyan Ermənistan, Azərbaycan və Rusiya liderlərinin üçtərəfli görüşünün planlaşdırıldığı Soçiyə gedəcək.

Oxşar