Nikol Paşinyan - Ermənistan ölkənin ərazi bütövlüyü və suverenliyi çərçivəsində regionda nəqliyyat kommunikasiyalarını açmaqda maraqlıdır və istəyir
Nikol Paşinyan - Ermənistan ölkənin ərazi bütövlüyü və suverenliyi çərçivəsində regionda nəqliyyat kommunikasiyalarını açmaqda maraqlıdır və istəyir

 

Ermənistanın Baş naziri Nikol Paşinyan Yerevanın Cənubi Qafqazın nəqliyyat yolları və kommunikasiya xətlərinin açılmasına marağını təsdiqləyib. Bununla yanaşı, Nikol Paşinyan xüsusilə qeyd edib ki, bu kontekstdə bütün müzakirələr Azərbaycanla Ermənistan Respublikasının ərazi bütövlüyü, suverenliyi və yurisdiksiyası çərçivəsində aparılır.

Bu barədə Nikol Paşinyan mətbuat konfransında Cənubi Qafqazda kommunikasiyaların açılması məsələsindən danışarkən deyib.

“Ermənistan regionda nəqliyyat kommunikasiyalarının, o cümlədən Ermənistandan Ermənistana Azərbaycan ərazisi ilə, Azərbaycandan Azərbaycana Ermənistan ərazisindən keçməklə, ikitərəfli ticarətin və Ermənistandan Azərbaycan ərazisindən keçməklə üçüncü ölkələrə, Azərbaycandan Ermənistan ərazisi vasitəsilə üçüncü ölkələrə beynəlxalq əlaqənin açılmasında maraqlıdır və istəyir. Başqa sözlə desək, biz daimi maraq və hazırlıq göstəririk. Bütün müzakirələrimizdə aydındır ki, biz bütün bu prosesləri Ermənistanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində nəzərdən keçiririk, indi və gələcəkdə də nəzərdən keçirəcəyik. Bunu qeyd etmək çox vacibdir, çünki istənilən müzakirə məhz bu kontekstdə aparılıb və gələcəkdə də aparılacaq. Bu prinsiplərə zidd müzakirələr heç vaxt aparmamışıq” – Nikol Paşinyan qeyd edib.