Nikol Paşinyan - Ermənistan hökuməti Ermənistan və İran arasında strateji münasibətlərin davamlı inkişafına və dərinləşməsinə böyük əhəmiyyət verir
Nikol Paşinyan - Ermənistan hökuməti Ermənistan və İran arasında strateji münasibətlərin davamlı inkişafına və dərinləşməsinə böyük əhəmiyyət verir

 

Ermənistan Respublikası hökuməti Ermənistan və İran arasında qurulmuş strateji münasibətlərin davamlı inkişafına və dərinləşməsinə böyük əhəmiyyət verir – bu haqda Ermənistanın Baş naziri Nikol Paşinyanın İran İslam İnqilabının 47-ci ildönümü ilə əlaqədar İranın mənəvi lideri Ayətullah Əli Xameneiyə göndərdiyi təbrik məktubunda deyilir.

Paşinyan əmindir ki, ölkələr çoxsahəli əməkdaşlığı dərinləşdirəcək, strateji əhəmiyyət kəsb edən yeni təşəbbüslər həyata keçirəcəklər, bu da regionda sülhün bərqərar olmasına və sabitliyin möhkəmlənməsinə töhfə verəcək.

“Ümid edirəm ki, ölkələrimiz arasında qurulan dostluq əlaqələri Ermənistan və İran xalqlarının rifahı naminə daha da güclənəcək” – Nikol Paşinyan qeyd edib.

Ermənistan hökumətinin rəhbəri İran Prezidenti Masud Pezeşkiyana da təbrik məktubu göndərib. Məktubda deyilir ki, Ermənistan və İran arasındakı dostluq münasibətləri qarşılıqlı hörmət, səmimiyyət və qarşılıqlı etimada əsaslanıb.

“Ötən il Yerevana səfərinizi ehtiramla xatırlayıram. Bu səfər zamanı Erməni-İran münasibətlərinin çoxşaxəli gündəliyini və regional hadisələri müzakirə etdik, bir daha ölkələrimiz arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi istiqamətindəki sadiqliyimizi təsdiqlədik” – təbrikdə qeyd olunub.