Nikol Paşinyan - Ermənistan hakimiyyəti Rusiyanın arxasında və ona qarşı heç nə etmir
Ermənistan hakimiyyəti Rusiyanın arxasında və ona qarşı heç nə etmir – bu haqda Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.
Ermənistan hökumətinin başçısı Qazaxıstanın xarici işlər nazirinin Ermənistana səfəri zamanı ölkənin dəmir yolu şəbəkəsinin yeni konsessiya idarəetməsinə keçirilməsi məsələsinin nəzərdən keçirilib-keçirilməməsi ilə bağlı sualı cavablandırıb.
“Qazaxıstan keçən ilin avqustundan etibarən açıq şəkildə “Tramp marşrutu”na maraq göstərir, lakin maraq göstərən tək ölkə Qazaxıstan deyil. Belə ölkələr çoxdur. Biz, o cümlədən Qazaxıstan, təkliflər təqdim etməliyik. Bu ölkələr Ermənistan üzərindən keçən tranzit marşrutlarından ixrac və idxal zəncirlərində, eləcə də onların təqdim etdiyi nəqliyyat xidmətlərində istifadə etməyə hazır olmalıdırlar” – Paşinyan qeyd edib.