Nikol Paşinyan - Ermənistan əraziləri Azərbaycanın işğalı altındadır, onların əraziləri isə qismən bizim işğalımız altındadır
Nikol Paşinyan - Ermənistan əraziləri Azərbaycanın işğalı altındadır, onların əraziləri isə qismən bizim işğalımız altındadır

 

Ermənistan əraziləri Azərbaycanın işğalı altındadır, onların əraziləri isə qismən bizim işğalımız altındadır – bu haqda Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

Ermənistan hökumətinin başçısı bildirib ki, Alma-Ata Bəyannaməsi əsasında Ermənistanın ərazi bütövlüyünü təqdim edərkən məhz bu faktla əlaqəli problem var.

Paşinyan, daha konkret rəy üçün delimitasiyanın zəruri olduğunu əlavə edib.

Ermənistanın Baş nazirinin bəyanatına əsasən, “Tramp Yolu”nun tikintisinə 2026-cı ilin ikinci yarısında başlanacaq.

“Dəmir yolu Sovet dövrünün dəmir yolunun marşrutundan keçəcək, çünki istənilən digər marşrut qeyri-real olardı. Qaz kəməri daha şimalda yerləşəcək. Elektrik ötürücü xətlər də daha şimalda yerləşəcək. Qaz kəmərinin və elektrik ötürücü xətlərin Sünikdəmi qalacağı yoxsa Vayiotsdzor bölgəsindən keçəcəyi hazırda bilinmir. Xəritədə hər şey aydın görünür, lakin relyef tələbləri müəyyən edəcək” – Ermənistanın Baş naziri qeyd edib.