Nikol Paşinyan – Ermənistan Avrasiya İqtisadi İttifaqı ilə indiyədək əlçatmaz olan dəmir yolu əlaqəsi əldə edib
Ermənistan Avrasiya İqtisadi İttifaqı ilə indiyədək əlçatmaz olan dəmir yolu əlaqəsi əldə edib. Erməni mediasının yazdığına görə, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.
“Baş verənlərin miqyasını qiymətləndirmək vacibdir. Mən göstərmək istəyirəm ki, sülh reallıqdır və bu reallığın konkret təzahürləri var”, – deyə Ermənistan hökumətinin başçısı bildirib.
Paşinyan yaxın vaxtlarda malların Ermənistandan Azərbaycana göndəriləcəyinə ümid etdiyini ifadə edib.
Erməni mediasının yazdığına görə, Paşinyan həmçinin qeyd edib ki, Qazaxıstandan, daha sonra isə Rusiyadan buğda idxalına qoyulan qadağa ləğv edilib və Ermənistandan əks istiqamətdə (Gürcüstan və Azərbaycan üzərindən tranzit) qatarların hərəkəti üçün heç bir məhdudiyyət yoxdur.