Nikol Paşinyan Əli Xameneinin dəfn mərasimində iştirak etmək üçün Tehrana gəlib
Ermənistanın baş naziri Nikol Paşinyan Ayətullah Əli Xameneinin dəfn mərasimində iştirak etmək məqsədilə Tehrana səfər edib.
Bu barədə Paşinyan özü sosial şəbəkə hesabında yazıb.
“Tehrana gəldim ki, İranın ali rəhbəri Əli Xameneinin vida və rəsmi dəfn mərasimində iştirak edim”, – deyə o bildirib.
Ermənistan baş nazirini Mehrabad Beynəlxalq Hava Limanında ölkənin vitse-prezidenti Seyid Həmid Purhəmadi qarşılayıb. Paşinyan səfər zamanı İran rəhbərliyi ilə də görüşlər keçirməyi planlaşdırdığını qeyd edib.
Xatırladaq ki, Əli Xameneinin həlak olması barədə məlumat 28 fevralda yayılıb, İran dövlət mediası isə xəbəri 1 martda təsdiqləyib. Məlumata görə, o, ABŞ və İsrailin İrana qarşı birgə hücumunun ilk günündə Tehranda iqamətgahına edilən hücum zamanı həlak olub. Davam edən hərbi əməliyyatlar səbəbindən dəfn mərasimi təxirə salınıb.
İran Xarici İşlər Nazirliyinin məlumatına görə, dəfn mərasimləri 9 iyuladək davam edəcək. Ayətullah Əli Xamenei Məşhəddə, İmam Rza müqəddəs ziyarətgahında dəfn olunacaq.