Nikol Paşinyan din xadimlərinin şəxsi həyatı ilə ölkədə mövcud əməliyyat şəraiti arasında əlaqədən danışıb
Ermənistanın Baş naziri Nikol Paşinyan din xadimlərinin şəxsi həyatı ilə ölkədə mövcud əməliyyat şəraiti arasında əlaqədən danışıb.
Ermənistan hökumətinin başçısı bildirib ki, söhbət subaylıq andı içmiş dini şəxslərin şəxsi həyata sahib ola bilməməsi faktından getmir.
“Din xadimlərinin şəxsi həyatının ölkədə mövcud əməliyyat şəraiti ilə hansı əlaqəsinin olması haqda verdiyim bəyanatla bağlı bu yaxınlarda suallar yarandı. Lakin, icazə verin şəxsi həyat və əməliyyat şəraiti arasında əlaqənin yalnız bir epizodunu sizlərə təqdim edim. Son illərdə xarici kəşfiyyat xidmətlərinin Ermənistan vətəndaşlarını onların şəxsi və intim həyatındakı zəif nöqtələrdən istifadə etməklə öz tərəflərinə çəkməsinin iyirmidən çox halı aşkar edilib. Çoxlu bu kimi hallarla bağlı cinayət işləri mövcuddur, onların bir hissəsi ilə bağlı məhkəmədə araşdırma gedir, digərləri ilə əlaqədar isə qətimkan tədbiri seçmişik. “Şəxsi həyat” ilə operativ şərait arasında əlaqə buradadır” – Nikol Paşinyan bildirib.