Nikol Paşinyan - Cənubi Qafqaz geniş miqyaslı müharibə qarşısındadır
Nikol Paşinyan - Cənubi Qafqaz geniş miqyaslı müharibə qarşısındadır

Ermənistanın baş naziri, Nikol Paşinyanın dediyinə görə, Cənubi Qafqaz geniş miqyaslı müharibə qarşısında durur. Bu barədə Nikol Paşinyan az öncə yayılan video müraciətində bəyan etdi.

“ATƏT-in Minsk Qrupuna və bütün beynəlxalq ictimaiyyətə müraciət edirəm, bu vəziyyətin ciddililiyinə diqqət yetirsinlər. Biz Cənubi Qafqazda geniş miqyaslı müharibə qarşısında durururuq. Bunun proqnozlaşdırılmayan nəticəsi ola bilər. Müharibənin bölgəmizdən çıxması və daha artıq miqyaslı olması mümkündür. Beynəlxalq ictimayyəti Türkiyənin münaqişəyə qarışmasına yol verməməsinə çağırıram”, – Paşinyan bəyan etdi.

Xatırladaq ki, Dağlıq Qarabağın münaqişəli zonasında vəziyyət bu gün səhərdən gərginləşdi. Ermənistan və Azərbaycan vəziyyətin eskalasiyasında və atəşin açılmasında bir-birini günahlandırır.