Nikol Paşinyan - Bu gündən etibarən yük maşınlarının Türkiyədən Azərbaycana və Azərbaycandan Türkiyəyə tranzitini təmin etməyə hazırıq
Nikol Paşinyan - Bu gündən etibarən yük maşınlarının Türkiyədən Azərbaycana və Azərbaycandan Türkiyəyə tranzitini təmin etməyə hazırıq

 

Bu gündən etibarən yük maşınlarının Türkiyədən Azərbaycana və Azərbaycandan Türkiyəyə, xüsusən də Marqara-Yeğeqnadzor-Sisian-Gorus marşrutu ilə tranzitini təmin etməyə hazırıq – bu haqda Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

Ermənistan hökumətinin başçısı bildirib ki, bu, indiki mərhələdə ölkənin bu gündən tətbiq edə biləcəyi yeganə variantdır.

“Bir il səkkiz aydır Ermənistan-Azərbaycan sərhədində atışma nəticəsində bir dənə belə olsun əsgər həlak olmayıb. Bir daha vurğulamaq istəyirəm ki, Ermənistanın bütün müstəqillik tarixində heç vaxt belə bir il səkkiz ay olmayıb” – Nikol Paşinyan bildirib.

Ermənistan Baş naziri “Tramp Yolu” layihəsinin həyata keçirilməsi üçün kifayət qədər intensiv işlər getdiyini bildirib.