Nikol Paşinyan - Bu gün Ermənistanda korrupsionerlərə aid olan teleşirkətlər var
Ermənistanın baş nazirinin dediyinə görə, bu gün Ermənistanda korrupsionerlərə aid olan tele-şirkətlər var.
Bu bəyanatı Nikol Paşinyan bu gün hökümət iclasında çıxış edərkən verdi.
Onun dediyinə görə, Ermənistan medya vasitələrinin sahiblərinin adları ictimaiyyət üçün məlum olmalıdır.
“Ölkəmizdə ictimai təşkilatlar və medya vasitələri şəffaf olmalıdır. Məsələn, Ermənistanda konkret şəxslərə aid olan teleşirkətlər var. Hətta Ermənistanda demokratiya səviyyəsi o qədər yüksəkdir ki, korrupsiyalı şəxslərin belə öz televiziyaları var.
Bir neçə televiziyanın loqosunu məmnuniyyətlə “Korrupsiya” və yaxud “Korrupsiya qrupu qoyardım” – dedi Niko Paşinyan.
Onun dediyinə görə, belə teleşirkətlərin mövcud olmasına görə, insanlar haqsız yerə iqtidarı tənqid edirlər.
“Əslində, iqtidar və xalqımızla olan bu informasiya müharibəsi bizə fəaliyyətimizi daha da yaxşılaşdırmaq üşün imkan yaradır. Təklif edirəm ki müəyyən televiziyalara, konkret loqolar və konret adlar qoyulsun” – dedi Nikol Paşinyan.