Nikol Paşinyan – Bizə rus hərbi bazası lazım deyil, Rusiya dost ölkədir, əgər çıxmaq istəyirlərsə, qoy elə sabah çıxsınlar

15:43, 17.09.2026

 

Bizə rus hərbi bazası lazım deyil, Rusiya dost ölkədir, əgər çıxmaq istəyirlərsə, qoy elə sabah çıxsınlar – bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.

Paşinyanın sözlərinə əsasən, əgər onlar qalmaq istəyirlərsə, hökumət lazımsız olan bu bazanın Ermənistan Respublikasında mövcudluğu şərtlərini müzakirə etməyə hazırdır.

Ermənistan hökumətinin rəhbərinin bəyanatına əsasən, ölkə hökuməti Ermənistanda fəaliyyət göstərən rus hərbi bazası məsələsini heç vaxt qaldırmayıb, bu məsələni müzakirə üçün Rusiya irəli sürüb və Ermənistan hökuməti öz mövqeyini bu müzakirə ətrafında formalaşdırır.

“Mən deyirəm ki, 102-ci hərbi baza və 2022-ci ilin sentyabr hadisələri onun Ermənistanın təhlükəsizliyi üçün həyati əhəmiyyət kəsb etmədiyini göstərdi. İndi onlar bu məsələni müzakirə üçün ortaya atıblar – çox gözəl. Bizim hər hansı bir vəzifəli şəxsin bu məsələni hər hansı rusiyalı rəsmi ilə qaldırdığı və ya bunun ümumiyyətlə müzakirə olunduğu bir hal belə olmayıb. Biz bu barədə açıq şəkildə də danışmamışıq. İndi, əgər onlar bazanı çıxarmaq qərarına gəlsələr, biz buna qarşı olmayacağıq. Doğrudan deyirəm: 102-ci hərbi bazanın mövcudluğu Ermənistanın təhlükəsizliyinə heç nə əlavə etmir. Biz bunu 2022-ci ilin sentyabr hadisələri zamanı gördük” – Nikol Paşinyan qeyd edib.

Oxşar