Nikol Paşinyan - Biz hər imkandan istifadə edəcəyik ki, dəmir yolu mövzusunu gürcü və rus həmkarlarımızla bərabər müzakirə edək
Ermənistanın baş nazirinin dediyinə görə, Ermənistan əlindən gələni edəcək ki, Ermənistan və Rusiyayı birləşdirən dəmir yolunun işə salınması məsələsində irəliləyiş olsun.
Bu barədə bəyanatı Nikol Paşinyan “Exo Moskvı” ilə müsahibə zamanı verdi.
Ermənistanın baş nazirinin dediyinə görə, Ermənistan bu mövzuyu necə gürcü, eləcədə, Rusiya tərəfi ilə müzakirə etməyə hazırdır, çünki bu Ermənistanın da maraqlarındadır.
Ermənistan-Rusiya dəmir yolunun indiyə qədər nəyə görə işə salınmadığı haqqında jurnalistin sualına Paşinyan cavab verdi ki, bunun səbəbi geo-siyasi vəziyyətdir.
“İndi nəqliyyatın keçirilməsi ilə bağlı İsveçrə şirkətinin vasitəçi olduğu bir proses aparılır, ancaq bu yol Abxaziya ilə birləşdirən yol deyil, o sadəcə avtomobil yoludur. Ümid edirəm ki, Yuxarı Larsın alternativ yolu da yaradılacaq.
Düşünürəm ki, bu məsələyi mərhələ şəklində həll etməliyik. Ermənistan əlindən gələni edəcək ki, bu mövzuyu necə rus, eləcədə gürcü həmkarları ilə müzakirə etsin, çünki bu Ermənistanın maraqlarına daxildir” – dedi Paşinyan.