Nikol Paşinyan bildirib ki, 9-cu çağırış parlamentin formalaşdırılması ilə əlaqədar avqustun 2-də Ermənistan hökuməti istefa verəcək.
Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, ölkə hökuməti avqustun 2-də istefa verəcək.
“Bu, hökumətimizin son iclasıdır. 9-cu çağırış parlamentin formalaşdırılması ilə əlaqədar bazar günü biz istefa verəcəyik”, – deyə Paşinyan Ermənistan hökumətinin iclasında bildirib.
Qeyd olunur ki, Ermənistan hökumətinin istefası formal prosedurdur. Belə ki, 8-ci çağırış parlamentin səlahiyyət müddəti iyulun sonunda başa çatır. Yeni tərkibdə parlamentin ilk iclası isə avqustun 2-də keçiriləcək.
Bundan sonra Ermənistan Prezidenti parlament çoxluğunun təqdim etdiyi namizədə hökuməti formalaşdırmaq tapşırığı verməlidir. Həmin şəxsin yenidən Nikol Paşinyan olacağı gözlənilir.
Xatırladaq ki, iyunun 7-də Ermənistanda keçirilən parlament seçkilərində Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” partiyası 49,81 faiz səs toplayıb.