Nikol Paşinyan bəyan edir ki, Ermənistan Ukrayna ilə müharibədə Rusiyanın müttəfiqi deyil

10:21, 02.06.2023

Ermənistanın baş naziri, Nikol Paşinyan bəyan edir ki, Ermənistan Ukrayna ilə müharibədə Rusiyanın müttəfiqi deyil. Bu barədə Ermənistanın baş naziri Çexiyanın “CNN primanews” teleşirkətinə müsahibəsində bəyan etdi.

“Biz bunu heç vaxt ucadan deməmişik, amma hesab edirəm ki, Ukrayna ilə müharibədə Rusiyanın müttəfiqi olmamağımız nəzərə çarpır. Bu müharibədən və münaqişədən hisslərimiz narahatlıqdır, çünki o, bizim bütün əlaqələrimizə təsir edir”, – Paşinyan bəyan etdi.

“Qərbdə görürlər ki, biz Rusiyanın müttəfiqiyiz, daha çox bunu görürlər. Rusiyada isə, görürlər ki, biz bu müharibədə onların müttəfiqi deyilik. Belə çıxır ki, biz heç kimin müttəfiqi deyilik və buna görə, müdafiəsizik. Mənə belə görünür ki, bütün bu tpqquşmaları başdan rədd etmək mümkündür, lakin həqiqət odur ki, vəziyyət nə qədər çətinləşirsə, bu cür imkanlar bir o qədər sıxışır”, – Paşinyan bəyan etdi.

Oxşar