Nikol Paşinyan Azərbaycana ikitərəfli iddialardan əl çəkməyi təklif edib və regionda uzunmüddətli sabitliyin, sülhün bərqərar olması haqqında təkliflər təqdim edib
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycana ikitərəfli iddialardan əl çəkməyi təklif edib. Ermənistan hökumətinin başçısı regionda uzunmüddətli sabitlik və sülhün bərqərar olmasına yönəldiyini dediyi bir sıra təkliflər sadalayıb.
Konkret olaraq, Paşinyanın təklifləri aşağıdakı bəndləri əhatə edir:
“1. Qərbi Azərbaycan Qazax, Tovuz, Ağstafa, Gədəbəy, Daşkəsən, Kəlbəcər, Laçın, Qubadlı, Zəngilandır. Bunun xaricində Qərbi Azərbaycan yoxdur və ola da bilməz. Əgər doğrudan da başqa yerdə axtarmaq istəyirlərsə, Naxçıvanı da daxil edə bilərlər; 2. Qərbi Ermənistan Armavir, Talin, Maralikdir. Bunun xaricində Qərbi Ermənistan yoxdur və ola da bilməz; 3.Şərqi Ermənistan İcevan, Berd, Çəmbərək, Vardenis, Cermuk, Görus, Qafan, Nerkin Xand, Nrnadzordur. Bunun xaricində Şərqi Ermənistan yoxdur və ola da bilməz;
4. Azərbaycan “Qərbi Azərbaycandan olan qaçqınların geri qaytarılması məsələsi” ifadəsini işlətdikdə, bu ifadə ilə özü hər hansı müzakirə imkanını bağlayır, çünki, qaçqın məsələsindən Ermənistana qarşı ərazi iddiaları formalaşdırmaqla beynəlxalq hüququn subyekti olan suveren Ermənistan Respublikasının ərazi bütövlüyünü şübhə altına almaq üçün istifadə olunduğunu göstərir. Bu məsələni müzakirə etmək üçün Azərbaycan ilk növbədə “Qərbi Azərbaycan” ifadəsindən və bu kimi bəyanatlardan əl çəkməlidir ; 5. Rəsmi Bakı yaranmış hallar fonunda Ermənistanın özünümüdafiə ordusuna malik olmaq hüququnu şübhə altına almaqla Ermənistana maneəsiz təcavüz etmək imkanı əldə etməyə çalışır; 6. Ermənistan Respublikasının regionda uzunmüddətli sabitlik və sülhün bərqərar olması haqda təklifi aydındır.
a) qarşılıqlı olaraq vəziyyəti gərginləşdirən bəyanatlardan əl çəkilməsi; b) Berkaber-Əskipara bölgəsində həyata keçirilən delimitasiya təcrübəsi və iki ölkənin demarkasiya komissiyalarının birgə iş qaydaları əsasında delimitasiya prosesini davam etdirmək; q) 90 faiz hazır olan sülh müqaviləsini bağlamaq;
d) “Sülh kəsişməsi” layihəsini həyata keçirmək, o cümlədən Ermənistan Respublikasının ərazisindən Azərbaycan-Azərbaycan və Azərbaycan Respublikasının ərazisindən Ermənistan-Ermənistan əlaqəsi məsələsini, Ermənistanın Kazan görüşündən sonra Azərbaycana təqdim etdiyi təkliflərə uyğun olaraq; e) atəşkəs rejiminin pozulması hallarının araşdırılması üçün birgə mexanizm tətbiq etmək; v) həbs edilmiş şəxslərin problemini tam həll etmək; z) yeri naməlum hesab edilən şəxslərin taleyinin müəyyən edilməsi probleminin həlli üçün bütün intensivliyi ilə işləmək; t) beynəlxalq məhkəmələr də daxil olmaqla (lakin bununla məhdudlaşmayaraq) bir-birinə qarşı iddialardan imtina etmək; i) sülh müqaviləsinin müddəalarının tam və səmərəli həyata keçirilməsi istiqamətində çalışmaq; k) qarşılıqlı silah nəzarəti, kvota və istifadəyə məhdudiyyətlər üzrə danışıqlar mexanizm yaratmaq; l) sülh bərqərar olduqdan sonra birgə peşəkar ekspert komissiyası yaratmaqla, ümumilikdə hər iki ölkədən olan qaçqınlarla bağlı məsələləri müzakirə etmək; m) ATƏT-in Minsk Qrupunu ləğv etmək”.