Nikol Paşinyan – Avropa İttifaqının Ermənistana təsir etmək üçün heç bir təsir mexanizmi yoxdur
Nikol Paşinyan – Avropa İttifaqının Ermənistana təsir etmək üçün heç bir mexanizmi yoxdur.
Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, Avropa İttifaqının Ermənistana təsir göstərmək üçün heç bir təsir vasitəsi yoxdur.
Paşinyanın sözlərinə görə, əgər kiminsə Ermənistana təzyiq etmək imkanı varsa, bu, nə Brüsseldir, nə Qərb, nə Cənub, nə də Şərqdir.
“Ermənistanın siyasətinə gəldikdə, bu, yeni xəbər deyil: biz bütün dövlətlər kimi diversifikasiya siyasəti həyata keçiririk. Bu, istənilən ölkənin suveren və legitim hüququdur”, – deyə Nikol Paşinyan bildirib.