Nikol Paşinyan – ABŞ və İranla bağlı vəziyyətdən çox narahatıq, həm ABŞ, həm də İranla sıx əməkdaşlıq edirik, bu vəziyyətin tezliklə həll olunmasını istəyirik

14:11, 21.08.2026

Nikol Paşinyan – ABŞ və İranla bağlı vəziyyətdən çox narahatıq, həm ABŞ, həm də İranla sıx əməkdaşlıq edirik, bu vəziyyətin tezliklə həll olunmasını istəyirik
Ermənistan hökuməti ABŞ və İran arasında yaranmış vəziyyətdən çox narahatdır. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasından sonra keçirdiyi brifinqdə bildirib.
Paşinyana ABŞ-ın İrana qarşı iqtisadi müharibə elan etməsi ilə bağlı qərarının Ermənistan-İran münasibətlərinə necə təsir göstərəcəyi barədə sual verilib.
“Əlbəttə, ABŞ və İran arasında mövcud vəziyyətdən çox narahatıq. Bu məsələ ilə bağlı həm ABŞ, həm də İranla çox sıx əməkdaşlıq edirik və istəyirik ki, bu vəziyyət mümkün qədər tez həll olunsun”, – deyə Nikol Paşinyan bildirib.

Oxşar