Nikol Paşinyan - Əliyevin Ermənistan üçün tranzit məhdudiyyətlərini aradan qaldırmaq qərarı Vaşinqton bəyannaməsinin sadəcə bəyannamə olmadığını göstərir
Nikol Paşinyan - Əliyevin Ermənistan üçün tranzit məhdudiyyətlərini aradan qaldırmaq qərarı Vaşinqton bəyannaməsinin sadəcə bəyannamə olmadığını göstərir

 

Əliyevin Ermənistan üçün tranzit məhdudiyyətlərini aradan qaldırmaq qərarını təqdir edirəm, bu, onu göstərir ki, Vaşinqton bəyannaməsi sadəcə bəyannamə deyil, biz konkret nəticələr görürük – bu haqda Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

Ermənistan hökumətinin başçısı qeyd olunan qərara görə Azərbaycan Prezidentinə təşəkkür edib.

Paşinyan bildirib ki, bəziləri səhərdən axşama kimi deyir ki, Ermənistan məhv edilir, lakin bu insanlar Ermənistanı sadəcə olaraq tanımırlar.

“Ermənistanda Ermənistanın məhvi düsturu ilə yaşayan qurumlar, təşkilatlar və siyasi fəlsəfə mövcuddur. Ermənistan məhv olmasa, hərəkətə yer qalmayacaq; təbii ki, bunu təmin etmək üçün Ermənistanın məhv edildiyinə bəraət qazandırmaq lazımdır. Lakin görünür, bu, artıq işləmir və dünən parlamentin salonunda müxalifətin boş oturacaqları bunun sübutudur” – Ermənistan hökumətinin başçısı qeyd edib.