Nikol Paşinian - Parlament seçkiləri keçirilməlidir ki, gələcək hakimiyyəti xalq seçsin
Yerevanda müxalifətin lideri, Nikol Paşinian Respublika Meydanına toplaşanlara bu dəqiqələrdə nitqlə müraciət edir. Paşinian əhalini qələbə münasibətilə təbrik etdi.
“Əziz Ermənistan əhalisi, siz qalib gəldiniz. Dünən mehmanxanada, səhər mən və Saqrsiyan arasında görüş oldu və o, sonuna qədər qalmadı, bizi tərk etdi. O andan başa düşdüm ki, vəzifəsini tərk etdi.
Dünən polis məni yaxaladı və məni aparanda, yolda onlara deyirdim ki, bu andan Serj Sarqsiyanın hakimiyyəti artıq işləmir və biz qalib gəldik.
Bu gün səhər mənə təklif edirdilər ki, Serj oktyabrda istefa verəcək, bir saatdan sonra təklif etdilər ki, bir aya, az sonra aprelin 25 və sonunda bu gün istefaya necə getdiyini gördük.
Parlament seçkiləri keçirilməlidir ki, gələcək hakimiyyəti xalq seçsin. Ümid edirəm ki, hökumət məxməri inqilabını etiraf edəcək. Bu nə qədər tez baş versə, bir o qədər yaxşı. Bu Dağlıq Qarabağ münaqişəsinin həllinə yardım edəcək, məxməri inqilabı dayanmamalıdır və biz qələbə üçün sonuna qədər mübarizə aparmalıyıq”, – Paşinian bəyan etdi.
Ermənistanın baş naziri, Serj Sarqsiyan vızifəsindən bu gün istefa verdi.
İstefa verməsindən sonra o, bəyanat yaydı. Bəyanatda qeyd olunduğu kimi, o, vəzifəsindən istefa verir və deyir ki, Ermənistan müxalifətinin lideri Nikol Paşinian haqlı idi.
Yerevanda, baş nazir, Serj Sarqsiyanın istefası tələbi ilə etiraz aksiyaları bir neçə gündür keçirilir.
Ermənistan Parlamenti ölkənin baş naziri vəzifəsinə, keçmiş prezidenti, Serj Sarqsiyanı aprelin 17-də təsdiq etdi.
Serj Sarqsiyan Ermənistan prezidenti 2008-2018-ci illərdə idi.