Niko Kacaiyanın Uşaq Avroviziyasında uğurlu çıxışı - gürcü müsabiqəçisi dördüncü yeri tutdu

Gürcüstan nümayəndəsi, Niko Kacaiya Uşaq Avroviziyası 2021 müsabiqəsində dördüncü yeri tutdu. Gürcü müsabiqəçisi 163 xal topladı.

Malta, Ermənistan və Fransa Gürcüstan nümayəndəsinə 12 xal verdilər.

Gürcü müsabiqəçisi bu gün ikinci nömrə ilə çıxış etdi.

“Ranina” layihəsinin qalibi Avroviziya Uşaq Mahnı Müsabiqəsində Gürcüstanı Qiqa Kuxianidzenin “Gülümsəmələri sayaq” (Lets count the smiles) mahnısı ilə təmsil etdi.

Müsabiqədə səsvermə onlayn idi. Şoun birbaşa efirlə translasiyasını İctimai Yayımçı həyata keçirdi.