Niko Kacaiyanın Uşaq Avroviziyasında çıxışı

Avroviziya Uşaq Mahnı Müsabiqəsində Gürcüstan təmsilçisi Niko Kacaiya ikinci nömrə altında çıxış etdi.

“Ranina” layihəsinin qalibi Avroviziya Uşaq Mahnı Müsabiqəsində Gürcüstanı Qiqa Kuxianidzenin “Gülümsəmələri sayaq” (Lets count the smiles) mahnısı ilə təmsil etdi.

Parisdə, sıra ilə 21-ci Uşaq Avroviziyasında 19 ölkə iştirak edir.

Səsvermə  vote.junioreurovision.tv veb-səhifəsində 17 dekabr saat 23:00-dab keçirilir və Avroviziya Uşaq Mahnı Müsabiqəsinin konserti başlamasına qədər dayandırılacaq və sonra, bütün müsabiqə mahnılarının ifa olunduğundan sonra, yenə 15 dəqiqəlik mümkün olacaq.

Gürcüstan təmsilçisi ilə birlikdə daha iki iştirakçıya səs verə bilərsiniz. Sənin səsin yekun nəticənin yarısını müəyyən edir, digər yarısına isə, münsiflər heyəti qərar verir. Qalib ən çox səs toplayan mahnı gələcək.

Ənənəvi olaraq birbaşa translasiyanı İctimai Yayımçı sizlərə təqdim edir.